Rusiyada prezident seçkisi: Putin bu qədər səs alacaq

Rusiyada prezident seçkisi: Putin bu qədər səs alacaq

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin 82 faiz səs toplaya bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin seçki hesabatında bildirilib.

Sosioloqların hesablamalarına görə, Rusiyada keçiriləcək prezident seçkilərində seçici fəallığı 71 faiz təşkil edəcək.

Rusiyanın 39 regionu üzrə 1,5 min respondent arasında keçirilən sorğu nəticəsində məlum olub ki, Putin 82, Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) 5.7, Leonid Slutski 5.6, Vladislav Davankov (Yeni Xalq Partiyası) isə 4.6 faiz səs toplaya bilər.

Teqlər: