Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

AzerTimes-ın məlumatına görə, bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.

Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.