Rusiyada ötən sutka koronavirusa 9 632 nəfər yoluxub

Rusiayda ötən sutka ərzində koronavirusa 9 632 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 4 447 570 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 392 nəfər ölüb, 11 279 nəfər isə sağalıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 94 659 nəfər vəfat edib, 4 060 652 nəfər isə sağalıb.