Rusiyada ötən gün 536 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,02 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 15 038 nəfər virusa yoluxub, 553 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 027 748 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 78 687 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 538 422 şəxs virusdan sağalıb, 410 639 nəfərin müalicəsi isə davam edir.