Rusiyanın Federal Tibbi və Bioloji Agentliyi tərəfindən hazırlanmış koronavirusun “omikron” ştammının aşkarlanması üçün test sistemi qeydiyyata alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Agentliyin mətbuat xidmətindən bildiriblər.
Məlumatda qeyd olunub: “Rusiyada COVID-19-un “omikron” ştammının aşkarlanması üçün ilk test sistemi qeydiyyata alınıb”.
Bildirilib ki, test sistemi yüksək həssaslıqla “omikron” və “delta” variantlarını aşkarlamağa, eləcə də onları bir saat yarım ərzində fərqləndirməyə imkan verir.