Gədəbəy rayonunda ev yanıb

Gədəbəy rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Köhnəkənd kəndində ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m², ikinci mərtəbəsinin arakəsmə divarları taxta konstruksiyalardan ibarət) olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: