Rusiyada omikron ştammına 700-ə yaxın yoluxma qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada bugünədək koronavirusun omikron ştammına 698 yoluxma qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi iclas zamanı deyib.

O bildirib ki, bu ştamm əsasən Moskva və ətraf bölgədə aşkar olunub.

Eyni zamanda, prezident V.Putin yaxın həftələrdə Rusiyanın omikrona yoluxmaların artmasına hazır olmalı olduğunu bildirib.


Qeyd edək ki, ötən sutka ərzində Rusiyada 18 minə yaxın yeni yoluxma qeydə alınıb, 745 nəfər ölüb.

Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,7 milyon nəfəri, ölənlərin sayı 318 min nəfəri ötüb.