Rusiyada “omikron” ştammı yoluxmaların 60 faizini təşkil edir

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yeni yoluxanların 60 faizdən çoxu “omikron” ştammı daşıyıcılarıdır.

Trend-in məlumatına görə, bunu Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi sahəsində Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova brifinq zamanı deyib.

O qeyd edib ki, 1 yaşa qədər uşaqlar arasında da yoluxma halları artır.


“Hazırda “omikron” yoluxma hallarının 60 faizdən çoxunu, delta ştammı 35 faizini təşkil edir”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyada bu günədək koronavirusa yoluxanların sayı 13 milyon, ölənlərin sayı 336 min nəfəri ötüb.