Rusiyada “Niva Pikap” yaradıldı

Rusiyada “Niva Pikap” yaradıldı

Moskvanın “Alfa Automative Technologies” (AAT) şirkəti “Lada Niva Travel”in bazasında yeni pikap nümunəsi yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə Moskva meriyası məlumat yayıb.

Avtomobil 2023-cü ilin mayında yaradılıb. İşçi adı “Niva Pikap”dır. Avtomobildə sürücü və ön sərnişin oturacağı arxasında kiçik yük yeri olan yarımkabinə qurulub.

“Niva Pikap”ın çərçivəsi yoxdur və onun daşıma qabiliyyəti 500 kq-dır. Layihə “AvtoVAZ” tərəfindən təsdiqlənərsə, yeni kuza hissələrinin 40%-dən çoxunun hazırlanması planlaşdırılır.

Teqlər: