Rusiyada neft-qaz yatağında böyük yanğın… – Video

Rusiyada neft-qaz yatağında böyük yanğın… – Video

Rusiyanın İrkutsk vilayətində yerləşən Markovski neft-qaz-kondensant yatağında min kv.m sahəni əhatə edən yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru İqor Kobzev deyib.

“Markovskoye neft-qaz-kondensat yatağında yanğın… İlkin olaraq, təxminən 1000 kvadratmetr sahədə yanğın olub. Üçüncü mürəkkəblik dərəcəsi təyin edilib. Ehtimal olunur ki, bir nəfər xəsarət alıb”, – Kobzev bildirib.

Məlumata görə, alovlanma yeri Verxnemarkovo kəndindən 2,5 km aralıda yerləşir.

Hadisə yerinə Ust-Kut şəhərindən Fövqəladə Hallar Nazirliyinin Federal Yanğından Mühafizə və Xilasetmə Xidmətinin briqadaları göndərilib.

Teqlər: