Rusiyada neft emalı zavodunda yanğın olub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Tümen vilayətində Antipinsk neft emalı zavodunda yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd olunur ki, yanğın mazut emalı qurğusunda başlayıb və 100 kvadrat metr ərazini əhatə edib.


Bir müddət sonra yanğının qarşısı alıb.