Rusiyada nazal sprey tipli vaksinin istehsal olunacağı vaxt açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada COVID-19 əleyhinə nazal sprey şəklində vaksinin istehsalı 2022-ci ilin payızında başlaya bilər.

AzerTimes-ın məlumatına görə, bunu “Vektor” elmi mərkəzinin direktoru Rinat Maksyutov deyib.

O bildirib ki, bu müddət ərzində yeni tip vaksininin kliniki sınaqları keçiriləcək.

Direktor əlavə edib ki, hazırda bir çox ölkədə nazal sprey tipli vaksinlərin sınaqları keçirilir. Hələlik bu cür sınaqlar heyvanlar üzərndə aparılır.