Rusiyada Müdafiə Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda yanğın olub, ölən və yaralananlar var

Rusiyanın Tver şəhərində Hərbi-Kosmik Müdafiə Qoşunlarının
Mərkəzi Elmi-Tədqiqat İnstitutunda yanğın baş verib.

Trend-in
məlumatına görə, hadisə nəticəsində azı 2 nəfər həlak olub. Daha 30
nəfərin xəsarət aldığı bildirilir.

Bir nəfərin taleyi naməlum qalır. Binada olan əməkdaşlar təxliyə
edilib.

Yanğın nəticəsində binanın damı çöküb.

Yanğın ümumilikdə min kvadrat metr ərazini əhatə edib. Hadisə
yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.