2022-ci ilin martında Rusiyanın minik avtomobili bazarında
satışlar ötən ilin eyni dövrü ilə müqayisədə 43 faiz azalıb.
Trend-in
məlumatına görə, bu barədə “Avtostat” analitika agentliyinin
hesabatında deyilir.
Ötən ay Rusiyada satılan minik avtomobillərinin sayı 79 minə
yaxın olub. Qeyd olunur ki, bu ilin yanvar və fevral aylarında
avtomobil bazarında satış 12 faizə bərabər idi.
Ümumilikdə, birinci rüb ərzində Rusiyada 264 min yeni minik
avtomobili satılıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə
25 faiz azdır.
Eyni zamanda, rublun dəyərinin azalması avtomobillərin orta
hesabla 35-45 faiz bahalaşmasına səbəb olub.