MDU əməkdaşları Turkiyənin Orta Doğu Texniki Universitetində təlim və təcrübədə iştirak ediblər (FOTO)

2022-ci ilin martın 21-dən 27-dək Mingəçevir Dövlət
Universitetinin (MDU) “İnformasiya texnologiyaları” kafedrasının
müdiri Aida Mustafayeva və müəllimi Asudə Abdurrahmanova Orta Doğu
Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə
Türkiyədə səfərdə olublar.

Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin
2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan
Universitetinin qalib olduğu “İnsan-Kompüter İnterfeysləri”
sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və
beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil
edilib.

MDU əməkdaşları 7 gün ərzində ODTÜ-də “İnsan-maşın
interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego
laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olublar,
“Kompüter mühəndisliyi” kafedrasında təşkil edilən təlim və
seminarlarda iştirak ediblər.

Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da
tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun
təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin
öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin
edilməsinə xüsusi önəm verilir.

Teqlər: