Rusiyada mikroavtobus və yük maşınının toqquşması nəticəsində ölən və yaralılar var

Rusiyanın Rostov vilayətində magistral yolda mikroavtobus və yük maşını toqquşub.

Trend xəbər verir ki, qəza nəticəsində azı 3 nəfər həyatını itirib, daha 6 nəfər xəsarət alıb.

Hadisə 26 dekabr 2021-ci il gecə Millerovski rayonunda baş verib.


Qəzanın səbəbləri barəsində məlumat verilmir.