Kareliyada Oneqa gölü üzərində Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri ilə əlaqə itib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.
“Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri Kareliya Respublikasının Prionejski rayonu Derevyannoye kəndi ərazisində əlaqəni dayandırıb.”, – nazirlikdən bildirilib.
Helikopterdə üç ekipaj üzvü var. Axtarış-xilasetmə əməliyyatları təşkil olunub.