Hacıqabulda maşın aşdı: bacı və qardaş yaralandı

Hacıqabulda maşın aşdı: bacı və qardaş yaralandı

Hacıqabul rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

AzerTimes xəbər verir ki, yol qəzası Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan Ayxan Eldəniz oğlu Əzizli və Aydan Eldəniz qızı Əzizli Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: