Rusiyada məktəblilər koronavirusa qarşı məcburi peyvənd edilməyəcək

Rusiyada 18 yaşına çatmış şagirdlər koronavirus infeksiyasına qarşı məcburi peyvənd edilməyəcək. Peyvənd olunmamış məktəbliləri dərsə buraxmamaqdan da söhbət getmir.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Təhsil nazirinin birinci müavini Aleksandr Buqayev bildirib.

Nazir müavini bildirib ki, heç kim uşaqları heç nə etməyə məcbur etməyəcək:

“Heç kim uşaqları bir şey etməyə məcbur etməyəcək, bunu məsuliyyətlə sizə bildiririk. Və təbii ki, bu məsələ hətta gündəmdə deyil”. O əlavə edib ki, peyvənd olunmayanların dərsə buraxılmamasından da söhbət getmir.