Rusiyada məktəbdə 40 nəfər zəhərlənib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Nijni Novqorod şəhərində məktəblərin birində 40 nəfər zəhərlənib.

AzerTimes-ın məlumatına görə, zəhərlənənlərin vəziyyətinin ağır olmadığı deyilir.

Onların evdə müalicə olunduqları bildirilib.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Rusiyada məktəblər sentyabrın 1-dən açılıb.