Rusiyada mədəndə yanğın: 200-dən çox işçi təxliyə olunub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Kemerovo vilayətində kömür mədənində yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə zamanı mədəndə 230-a yaxın işçi olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib. 200-dən çox işçinin təxliyə edildiyi bildirilib. Xəsarət alanların olmadığı deyilir.

Bölgədə xilasetmə işləri davam etdirilir.