Rusiyada mədəndə ölənlərin sayı 52-yə çatıb

Rusiyanın Kemerovo vilayətinin Belovo şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 50-dən çox insan həlak olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Belovo şəhər dairəsi administrasiyasından bildirilib.

Administrasiya nümayəndəsi deyib ki, hadisə nəticəsində 52 nəfər həlak olub. o, həmçinin bildirib ki, ölənlər arasında altı nəfər xilasedici və mədənçilər var:


“Ölənlər dəm qazından boğulub”.