UEFA Konfrans Liqası: “Qarabağ” “Omoniya” ilə heç-heçə edib

Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edib.

AzerTimes-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində “Omoniya”nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib.

Oyunun 88-ci dəqiqədə “Qarabağ” klubunun heyətində Patrik Andrade fərqlənib. “Omoniya”nın futbolçusu Jordi Gomes 90-ci dəqiqədə qol vuraraq hesabi bərabərləşdirib.

Beləliklə, oyun 2:2 hesabli heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

Teqlər: