Rusiyada koronavirusun yeni dalğası gözlənilir

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada sentyabrın sonunadək koronavirusun yeni dalğası başlaya bilər.

AzerTimes-ın məlumatına görə, bunu rusiyalı həkim-virusoloq Yevgeni Timakov deyib.

O bildirib ki, hazırda ölkədə epidemioloji vəziyyət yaxşılaşsa da, yoluxmalar yenidən arta bilər. Virusoloq məzuniyyətlər dövrü bitəndən sonra, sentyabr ayında növbəti yoluxma dalğasının artmasını istisna etməyib.


Rusiyada son sutka ərzində 21 mindən çox yoluxma qeydə alınıb. Bu günədək ölkədə virusa yoluxanların sayı 6,5 milyona çatıb, 166 mindən çox şəxs vəfat edib.