Rusiyada koronavirusdan sutkalıq ölüm halları üzrə ən yüksək göstərici qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada bugünədək koronavirusdan sutkalıq ölüm halları üzrə ən yüksək göstərici qeydə alınıb.

Trend-in məlumatına görə, ötən gün ölkədə 929 nəfər vəfat edib. Bundan əvvəl ən yüksək göstərici, 895 ölüm faktı ilə oktyabrın 4-də qeydə alınmışdı.

Eyni zamanda ötən gün ölkədə 25 133 yeni yoluxma müəyyən edilib. Bir gün əvvəl 25 110 yeni yoluxma qeydə alınmışdı.

Beləliklə, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,66 milyon nəfəri ötüb, ölənlərin sayı isə 212 625 nəfərə çatıb.