Rusiyada koronavirusdan ölümlərdə növbəti antirekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan ölüm hallarında üçüncü gündür ki ardıcıl antirekord qeydə alınır.

Trend-in məlumatına görə, son sutka ərzində 1 254 nəfər koronavirusdan vəfat edib.

Bu, pandemiya dövründə Rusiyada qeydə alınan növbəti ən yüksək göstərici olub. Bir gün əvvəl 1 251 nəfər virusun qurbanı olmuşdu.

Eyni zamanda ölkədə son sutkada 37 156 nəfər koronavirusa yoluxub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,25 milyon nəfəri ötüb, ölənlərin sayı isə 261 589 nəfər təşkil edib.