Rusiyada koronavirusdan ölənlərin sayı iki gün ard-arda rekord vurub

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirus pandemiyası başladıqdan bəri növbəti ən yüksək gündəlik ölüm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, sentyabrın 28-də Rusiyada 857 nəfər vəfat edib.

Buna qədər ən yüksək göstərici, 852 ölüm sentyabrın 29-da qeydə alınmışdı. Bugünədək Rusiyada koronavirusdan ölənlərin sayı 206 388 nəfərə çatıb.

Eyni zamanda, ötən gün Rusiyada 22 430 yeni yoluxma qeydə alınıb. Ölkədə yoluxanların sayı 7,48 milyon nəfəri ötüb.