Rusiyada koronavirusdan ölənlərin sayı 81 min nəfəri keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,11 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 12 828 nəfər virusa yoluxub, 467 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 112 151 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 81 446 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 642 582 şəxs virusdan sağalıb, 388 123 nəfərin müalicəsi isə davam edir.