Rusiyada koronavirusdan ölənlərin sayı 79 mini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,04 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 15 089 nəfər virusa yoluxub, 507 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 042 837 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 79 194 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 559 142 şəxs virusdan sağalıb, 404 501 nəfərin müalicəsi isə davam edir.