Rusiyada koronavirusdan ölənlərin sayı 74 mini keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,9 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 16 474 nəfər virusa yoluxub, 526 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 901 204 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 74 684 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 3 365 367 şəxs virusdan sağalıb, 461 153 nəfərin müalicəsi isə davam edir.