Rusiyada koronavirusdan ölənlərin sayı 264 mini ötüb

Rusiyada son sutka ərzində 1 252 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bugünədək ölənlərin sayı 264 095 nəfərə çatıb. Bir gün əvvəl 1 1254 nəfər virusun qurbanı olmuşdu.

Eyni zamanda ölkədə son sutkada 36 970 nəfər koronavirusa yoluxub.

Hazırkı dövrədək Rusiyada koronavirusa yoluxanların sayı 9 331 158 nəfərə çatıb.