Rusiyada koronavirusdan ölənlərin sayı 243 min nəfəri ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 1 195 nəfər koronavirusdan vəfat edib.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub. Bir gün əvvəl 1 189 nəfər həyatını itirmişdi.

Eyni zamanda, ötən gün ölkədə 40 217 nəfər koronavirusa yoluxub.


Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,67 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 243 255 nəfərə çatıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.