Kürdəmirdə yaşlı qadın qətlə yetirən şəxs saxlanılıb

Xəbər - Samir Əli – Trend:

Kürdəmirdə yaşlı qadını qətlə yetirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 6-da şəhər sakini, 61 yaşlı Xanımqız Bədəlovanı küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib.


Teqlər: