Rusiyada koronavirusdan ölənlərin sayı 240 mini ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 39 008 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, eyni zamanda ötən gün ölkədə 1 178 nəfər koronavirusdan vəfat edib. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,59 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 240 871 nəfərə çatıb.


Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.