Rusiyada koronavirusdan ölənlərin sayı 210 mini ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa gündəlik yoluxma halları üçüncü gün ard-arda 25 min həddini ötür.

Trend-in məlumatına görə, ötən gün ölkədə 25 781 yeni yoluxma qeydə alınıb. Bir gün əvvəl isə 25 769 nəfər yoluxmuşdu.

Eyni zamanda sutka ərzində koronavirusdan 883 nəfər vəfat edib. Əvvəlki gün isə bu göstərici üzrə ölkədə ən yüksək rəqəm qeydə alınmış, 890 nəfər vəfat etmişdi.


Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 7,61 milyon nəfəri ötüb, ölənlərin sayı isə 210 801 nəfərə çatıb.