Rusiyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan gündəlik ölüm hallarına görə yeni rekord qeydə alınıb.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 24 439 nəfər koronavirusa yoluxub.

Bu günədək koronavirusa yoluxanların sayı 5,5 milyon nəfəri ötüb.

Eyni zamanda ötən gün Rusiyada 697 nəfər koronavirusdan ölüb ki, bu da pandemiyanın əvvəlindən etibarən ən yüksək göstərici olub.

Ölkədə koronavirusdan ölənlərin sayı 137 mini ötüb.