Rusiyada koronavirusdan gündəlik ölüm sayı ən yüksək həddə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan gündəlik ölüm halları ən yüksək həddə çatıb.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 25 082 nəfər koronavirusa yoluxub.

Bu günədək koronavirusa yoluxanların sayı 5,75 milyon nəfəri ötüb.

Eyni zamanda ötən gün Rusiyada 752 nəfər koronavirusdan ölüb ki, bu da pandemiyanın əvvəlindən etibarən ən yüksək göstərici olub.


Ölkədə koronavirusdan ölənlərin sayı 142 mini ötüb.