Rusiyada koronavirusdan gündəlik ölüm hallarında yeni rekord qeydə alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan sutkalıq ölüm hallarında yeni rekord qeydə alınıb.

Trend-in məlumatına görə, ötən gün ölkədə 828 nəfər vəfat edib. Xatırladaq ki, avqustun 26-da və sentyabrın 23-də 820 nəfər həyatını itirmişdi.

Bugünədək Rusiyada koronavirusdan ölənlərn sayı 202 273 nəfərə çatıb.


Ötən gün Rusiyada 21 379 yoluxma qeydə alınıb. Bugünədək yoluxanların sayı 7,37 milyon nəfəri ötüb.