Rusiyada koronavirusa yoluxma və ölüm halları artıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusdan sutkalıq ölüm hallarında rekord göstərici təkrarlanıb.

Trend-in məlumatına görə, ötən gün 820 nəfər vəfat edib. Xatırladaq ki, eyni göstərici avqustun 26-da da qeydə alınmışdı

Bugünədək Rusiyada koronavirusdan ölənlərn sayı 201 445 nəfərə çatıb.

Ötən gün Rusiyada 21 438 yoluxma qeydə alınıb ki, bu da avqustun 15-dən sonra ən yüksək göstərici olub.

Rusiyada yoluxanların sayı 7,35 milyon nəfəri ötüb.