Rusiyada koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 33 860 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bugünədək ölkədə koronavirusa yoluxanların sayı 9,6 milyon nəfəri ötüb.

Eyni zamanda ölkədə son sutkada 1 209 nəfər koronavirusdan vəfat edib.

Ötən gün ölkədə 1 224 nəfərin ölümü qeydə alınmışdı.

Bugünədək Rusiyada virusdan ölənlərin sayı 273 964 nəfərə çatıb.