Rusiyada koronavirusa yoluxanların sayı 9 milyonu keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, son sutka ərzində 39 256 nəfər koronavirusa yoluxub.

Daha 1 241 nəfərin ölümü qeydə alınıb. Bu, pandemiya dövründə qeydə alınan ən yüksək göstərici olub. Xatırladaq ki, bir gün əvvəl 1 235 nəfər həyatını itirmişdi.


Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 9,03 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 254 167 nəfərə çatıb.