Rusiyada koronavirusa yoluxanların sayı 8,5 milyonu keçib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 40 402 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ölkə ərazisində son 5 gün ərzində dörd dəfə 40 mindən çox yoluxma qeydə alınıb.

Eyni zamanda ötən gün Rusiyada 1 155 nəfər koronavirusdan vəfat edib.


Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,55 milyon nəfəri ötüb. Ölənlərin sayı isə 239 693 nəfərə çatıb.

Qeyd edək ki, yoluxma hallarının artması ilə əlaqədar paytaxt Moskvada və bir sıra digər regionlarda oktyabrın 30-dan noyabrın 7-dək qapanma elan edilib.