Rusiyada koronavirusa yoluxanların sayı 8 milyonu ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada bu günədək koronavirusa yoluxanların sayı 8 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, son sutka ərzində ölkədə 34 325 nəfər koronavirusa yoluxub.

Bu, pandemiya dövründə Rusiyada qeydə alınan ən yüksək göstərici olub. Bir gün əvvəl ölkədə 34 303 nəfər yoluxmuşdu.

Eyni zamanda son sutkada 998 nəfər isə vəfat edib. Oktyabrın 16-da 1 002 nəfərin ölümü qeydə alınmışdı.


Qeyd edək ki, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 8,02 milyonu keçib.

Ölənlərin sayı isə 224 310 nəfər təşkil edir.