Rusiyada koronavirusa yoluxanların sayı 13 milyona çatır

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 171 905 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu göstərici ötən günlə müqayisədə azdır.

Əvvəlki gün 180 071 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 12,98 milyonu ötüb.


Eyni zamanda, son sutkada 609 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 661 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 336 023 nəfərə çatıb.