Rusiyada koronavirusa yoluxanların sayı 13 milyon nəfəri ötüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 165 643 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, ölkədə gündəlik yoluxma sayı iki gün ard-arda azalma nümayiş etdirir.

Əvvəlki gün 171 905 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 13,14 milyonu ötüb.

Eyni zamanda, son sutkada 698 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 609 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 336 721 nəfərə çatıb.