Rusiyada koronavirusa gündəlik yoluxma sayı ilin ən yüksək həddinə çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada 2021-ci ilin əvvəlindən koronavirusa ən yüksək yoluxma sayı qeydə alınıb.

Trend-in məlumatına görə, ötən gün ölkədə 27 550 nəfər yoluxub. Bundan əvvəl 2020-ci il dekabrın 31-də 25 747 yoluxma qeydə alınmışdı

Eyni zamanda son sutkada Rusiyada 924 nəfər koronavirusdan ölüb. Bir gün əvvəl ölkədə 929 koronavirusdan vəfat etmişdi ki, bu da ən yüksək göstərici idi.

Bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 7,69 milyon nəfəri ötüb, ölənlərin sayı isə 213 549 nəfərə çatıb.