Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiyada son sutka ərzində 155 768 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.
Əvvəlki gün 141 883 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 12,28 milyonu ötüb.
Eyni zamanda, son sutkada 667 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 678 nəfər idi.
Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 333 357 nəfərə çatıb.