Azərbaycan Premyer Liqasına hansı iki komanda qatılacaq? – AFFA

Xəbər - Fərid Zöhrabov -Trend:

Azərbayca Premyer Liqasında oynamaq üçün iki əsas şərt var.

Bunu Trend-ə AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla deyib.

Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasına yüksəlmək üçün birinci divzionda əsas liqaya yüksəlməyə imkan verən yerlərdən birini tutmaq lazımdır. İkincisi isə lisenziya şərtlərini yerinə yetirmək tələb olunur. Bu tələblərə cavab verən komandalar Premyer Liqada çıxış edə bilərlər.


Qeyd edək ki, dünən AFFA-nın Hesabat Konfransından sonra qurumun İcraiyyə Komitəsinin iclası keçirilib. Konfransda iştirak edən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib ki, 2022/2023 mövsümündəg Premyer Liqada 10 komanda mübarizə aparacaq.

Teqlər: