Rusiyada koronavirusa gündəlik yoluxma 200 minə çatır

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada son sutka ərzində 197 076 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, pandemiya dövründə ölkədə qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 183 103 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 13,52 milyonu ötüb.


Eyni zamanda, son sutkada 701 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 669 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 338 091 nəfərə çatıb.