Rusiyada koronavirusa daha 9 694 nəfər yoluxub

Xəbər - Trned:

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 9 694 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 5 063 442 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 7 386 nəfərə sağalıb, 355 nəfər isə vəfat edib.

Bildirilir ki, hazırkı dövrədək koronavirusdan sağalanların sayı 4 677 870 nəfər, ölənlərin sayı isə 121 162 nəfər təşkil edir.